"Neftçi”nın Avropa Liqasının pley-off mərhələsində rəqibi olan Serbiyanın "Partizan” klubu bu gün ölkə çempionatında növbəti turun oyununa çıxacaq. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Serbiya təmsilçisi rəqib meydanında "Radniçki” klubu ilə qarşılaşacaq.
Oyundan əvvəl mətbuat konfransında çıxış edən "Partizan”ın baş məşqçisi Marko Nikoluç son günlər azarkeşlərlə bağlı yaşanan problemlərin bu oyunda qazanılacaq qələbə ilə unudulacağını bildiririb:
"Partizan” indi ancaq "Radniçki” ilə oyuna köklənib. Bu matçda qazanılacaq qələbə futbolçulardan son gönlər yaşanmış gərginliyin stresini aparacaq. Hər oyuna olduğu kimi, bu oyuna da tam hazırlaşmışıq. "Radniçki” təcrübəli futbolçulara sahib klublardan biridir. Onların əla baş məşqçisi var. Bu isə bizim üçün bir bildirişdi ki, rəqibi yenməyin yolunu tapaq. Onların baş məşqçisi deyir ki, "Partizan” "Srvena Zvesda”dan daha güclüdür. Ancaq o bilir ki, taktikanı necə qurmaq lazımdır. Lakin onların meydana ağ bayraq ilə çıxacağına inanmaq axmaqlıq olar".
Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsində baş tutacaq "Partizan" (Serbiya) - "Neftçi" (Azərbaycan) oyunu isə avqustun 21-də Belqradda keçiriləcək.