1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Pavel Paşayevin "Neftçi"yə keçmə səbəbi müəyyənləşdi
Azərbaycan millisinin üzvü Pavel Paşayevin Bakının "Neftçi" klubuna keçidinin səbəbi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, Ukraynanın "sports.dp.ua" saytı bu addımı 29 yaşlı müdafiəçinin çıxış etdiyi "Stal" klubunun sanksiyaya məruz qalma ehtimalı ilə əlaqələndirib.
Bildirilir ki, klub futbolçunun qeydiyyatında saxtakarlığa yol verib. Müdafiəçi cari mövsümün əvvəlində Ukrayna Peşəkar Liqasında qeydiyyatdan keçirilərkən, ukraynalı legioner kimi göstərilib. Lakin o, Ukrayna pasportunu təqdim edib. Halbuki həmin ərəfədə Paşayev Azərbaycan yığmasında çıxış edib.
Klubun baş direktoru Vardan İsraelyan yerli mətbuata müsahibəsində qanun pozuntusuna görə, sanksiyanın ola biləcəyini inkar etməyib. Bu səbəbdən də "Stal"ın Ukrayna Futbol Federasiyası tərəfindən cəzalandırılacağı gözlənilir.
Qeyd edək ki Ukrayna mətbuatı Pavel Paşayevin "Neftçi" ilə 1.5 illik müqavilə bağlayacağını yazıb.