
Türkiyə Super Liqasında bu ilin ilk oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, qış fasiləsinə Azərbaycan milli komandasının futbolçusu Deniz Yılmazın çıxış etdiyi "Bursaspor" "Trabzonspor"un ev oyunu ilə yekun vurulub.
XVIII turun açılış matçında Bursa təmsilçisi öz meydanındakı oyunda favorit sayılsa da, aşağı pillələrdə gedən rəqibinə gözlənilmədən uduzub - 1:2. Özü də meydan sahibləri 48-ci dəqiqədə rəqibi qırmızı vərəqə alan futbolçusuna görə demək olar bir hissə say üstünlüyünə malik olsa da, bundan istifadə edə bilməyib.
Qarşılaşma Yılmazın özü üçün də uğursuz alıb. 90 dəqiqə meydanda olan hücumçumuz son saniyələrdə - 4-cü uzatma dəqiqələrində sarı vərəqə alıb.
Bursadakı matçda millimizin hücumçularının dueli baş tutmayıb. Çünki "Trabzonspor"un futbolçusu, özünə yeni klub axtarmalı olan Ramil Şeydayevin adı oyunun protokoluna da daxil edilməyib.
Qeyd edək ki, "Bursaspor" 17 oyunda 27 xalla turnir cədvəlində 5-ci, "Trabzonspor" 21 xalla 10-cu pillədə yer alıb.