"Kəpəz" "İnter" üzərində səfər qələbəsi həsrətinə bu mövsüm də son qoya bilməyib.
Sportnet.az-ın məlumatına görə, Gəncə klubu artıq 17 ildir tanıdığı rəqibini hələ də onun meydanında məğlub edə bilməyib. "Kəpəz"in Zaur Svanadzenin komandası ilə cari çempionatda səfər matçlarının başa çatdığını nəzərə alsaq, bu həsrət ən azı cari mövsümün sonunadək davam edəcək.
Gəncəlilər "İnter"i hələ "Xəzər Universiteti" adlanan dövrdə, zəif vaxtında da onun meydanında yenə bilməyib. Bu, azmış kimi, "Kəpəz" tarixində ən böyükhesablı məğlubiyyətini məhz "tələbələr"dən alıb. Bu, 2003-cü ilin iyulun 5-də Zabrat qəsəbə stadionunda 0:8 hesabı ilə olub. Gəncə təmsilçisi "İnter"lə səfərdə nəhs - 13-cü matçda qələbə həsrəti davam etməsi azmış kimi, böyük hesabla məğlub olub - 1:4. Özü də bakılılar əzmkar qələbəyə sevinib.
Bu komandalar arasında 2006-cı ilin martın 29-dan bu yana böyükhesablı qələbə qeydə alınmırdı. Sonuncu dəfə həmin gün "İnter" 5:0 hesabı ilə qalib gəlmişdi. "Bankirlər" yenə 5 qolun vurulduğu matçda böyükhesablı qələbəyə sevinib.