
Sloveniyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Sportnet.az-ın məlumatına görə, yığmamız yerli "Triqlav” klubunun U-19 komandası ilə qarşılaşıb.
Görüş millimizin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0. Oruc İsmayılov, Kazım Birkan və Xəyal Əmirlinin hərəyə bir qol vurduğu oyunda bir dəfə avtoqol qeydə alınıb.