1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kuryoz "sarı" Ramazanovu "Qəbələ" ilə oyundan kənarda qoydu
"Qarabağ" Azərbaycan Premyer Liqasının növbəti turunda "Qəbələ" ilə səfər oyunu öncəsi heyətlə bağlı ciddi itki ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, komandanın qış fasiləsində "İnter"dən heyətinə cəlb etdiyi gənc hücumçu Ağabala Ramazanov cəza üzündən fevralın 19-da Qəbələdə meydana çıxmayacaq.
Ramazanov "Kəpəz"lə matçda cari çempionatda 8-ci dəfə sarı vərəqə almaqla cəzalı duruma düşüb. O, vərəqələrin yarısını "İnter"də alıb və 1 dəfə cəzasını çəkib. Qış fasiləsindən sonra 4 turun keçirildiyini nəzərə alsaq, Ağabala bütün 4 oyunda sarı vərəqə almaqla eyni zamanda antirekordçudur.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun onu "Kəpəz"lə matçda ehtiyatda saxlaması da vərəqə limtini aşmaq üzrə olduğuna görə idi. O, Ağabalanı sonradan buraxsa da, futbolçu ehtiyatlı oynamamaqla həm özünü, həm də komandasını çətin vəziyyətdə qoyub.
Əslində, Ramazanovun Gəncədə aldığı "sarı" kuryoz sayıla bilər. Bu epizodda futbolçunu tam günahlandırmaq da düzgün olmazdı. Məsələ ondadır ki, Ağabala bilmədən, arxası "Kəpəz"in qapıçısı David Kərimiyə tərəf olub və qolkiper topu zərbə ilə oyuna daxil edərkən onunla toqquşub. Nəticədə hər iki futbolçu zədə alıb və meydana həkimlər çıxıb. Ramazanov ayağa durandan sonra qarşısında baş hakim, yeni FİFA referisi Ömər Paşayevin sarı vərəqəsini görüb. O, komanda yoldaşları ilə birgə buna etirazını bildirsə də, qərar dəyişməyib.
Mehman SÜLEYMANOV