
İsrail və Portuqaliya yığmaları ilə Avropa çempionatının seçmə oyunlarına hazırlaşan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama matçında qüvvəsini sınayıb. Sportnet.az-ın məlumatına görə, millimiz AZAL-la üz-üzə gəlib.
"Bayıl Arena"da baş tutan qarşılaşma yığmamızın qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə topu Budaq Nəsirov vurub.