1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qırmızı"nı sevməyən Fariz Yusifovun "qaraladığı" futbolçular
Azərbaycan Premyer Liqasının qarşıdakı turunun mərkəzi oyunu olan "Qəbələ" - "Qarabağ" matçını idarə edəcək Fariz Yusifov qırmızı vərəqəni sevmir. Sportnet.az-ın məlumatına görə, 45 yaşlı FİFA referisi cari çempionatda baş hakim olduğu 9 oyunun heç birində hansısa futbolçunu meydandan qovmayıb.
Yusifov bu matçlarda 43 sarı vərəqə göstərib ki, onlardan çoxu - 24-ü meydan sahiblərinə göstərib. Qonaqlar həmin baş hakimdən 19 sarı vərəqə alıblar. Beynəlxalq dərəcəli hakim 2 penati təyin edib ki, bunlardan 1-i meydan sahiblərinin, 1-i qonaqların qapısına göstərilib.
Yusifov "Qəbələ"dən 7 futbolçuya - Ürfan Abbasov, Tellur Mütəllimov, Elvin Camalov, Vojislav Stankoviç, Rəşad Sadiqov, Araz Abdullayev, Daniel Subotiç, "Qəbələ"dən 4 oyunçuya - Dani Kintana, Qara Qarayev, Elvin Yunuszadə, Maksim Medvedevə sarı vərəqə göstərib. Sadəcə, Kintana ilə Qarayev 2 oyunda 2 sarı vərəqə alıblar. Daninin ağır zədə üzündən cari mövsümü bitiridyini nəzərə alsaq, bu dəfə Yusifovla meydanda rastlaşmayacaq. Qarayev isə Yusifovun sərt sifətini gördüyündən ehtiyatlı olmalıdır.
Bir maraqlı məqam ondadır ki, "Qəbələ"nin 2 futbolçusu qol vurduğu oyunlarda Yusifovdan sarı vərəqə alıb. Mütəllimov ilk turda "Kəpəz"lə ev oyununda 52-ci dəqiqəqədə sarı vərəqə aldıqdan 6 dəqiqə sonra hesabı açıb. Daniel Subotiç "Qəbələ"yə qayıdışından sonra sonra debütündə "Neftçi" ilə ev matçında 77-ci dəqiqədə qələbə topunu vurduqdan sonra "sarı" alıb. Bu, 89-ci dəqiqədə hakimi aldatmağa cəhdə görə olub. Tellur isə qeyri-idman hərəkətinə görə cəzalandırlıb.
Xatırladaq ki, "Qəbələ"nin bu çempionatının ilk qolunun müəllifi məhz Mütəllimov olub. Gənc futbolçunun bu komandada qol hesabını açmasını məhz Yusifov qeydə alıb.