Karluş Keyruş 2018-ci ilə kimi İran milli komandasına başçılıq edəcək. Sportnet.az-ın məlumatına görə, avqustun 24-də baş məşqçi ilə rəsmən müqavilə imzalanacaq.
Bir müddət öncə isə 61 yaşlı mütəxəssis İran Futbol Federasiyasının prezidenti Əli Kafaşanyanı yeni müqaviləni yubatmaqda ittiham etmişdi.
Qeyd edək ki, İran millisi Keyruşun rəhbərliyi altında DÇ-2014-də Argentina, Bosniya və Nigeriya ilə eyni qrupda mübarizə aparmışdı və qrupdan çıxa bilməmişdi.