Almaniya milli komandasının aparıcı futbolçusu Mario Götsenin Azərbaycan yığması ilə 2018-ci il dünya çempionatını seçmə mərhələsində Bakıdakı oyununu buraxacağı dəqiqləşib. Sportnet.az-ın məlumatına görə, 25 yaşlı hücumameylli yarımmüdafiəçi aldığı əzələ zədəsinə görə klinikada 5-6 həftə həkim nəzarəti altında olacaq.
Hazərda xəstəxanaların birində müalicə kursu keçən Götse orada martın ortalarınadək qalacaq. Futbolçunun vəziyyəti yaxşılaşarsa, klinikadan buraxılacaq. Ancaq Marionun futbola qayıdışı tarixi hələ məlum deyil. Bunun 2 ay olacağı deyilir.
Milli üzvünün səhhətində ciddi probleminin olması və uzun müddətə sıradan çıxması ilə bağlı çıxış etdiyi Dortmundun "Borussiya" kıubunun baş direktoru Hans-Yoahim Vatske də məlumat verib. Ancaq o da sağağlmanın dəqiq tarixini açıqlaya bilməyib. Ciddi problemi olan Götse mövsümün qalan hissəsini buraxmaq təhlükəsi ilə üz-üzədir.
Xatıladaq ki, Azərbaycan - Almaniya matçı martın 26-da keçiriləcək. Bundestim son dünya çempionluğunu məhz Götsenin Argentina yığması ilə final oyununda vurduğu qolla qazanıb.