1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"İnter"in Premyer Liqanın liderini yenidən dəyişmək imkanı
Azərbaycan Premyer Liqasında növbəti turun matçları həftəsonu keçiriləcək. Sportnet.az-ın məlumatına görə, oyunlar şənbə və bazar günlərində bərabər sayda olacaq.
Liderlər ilk oyun günündə səfər matçlarına çıxacaqlar. Turnir cədvəlinə başçılıq edən "Qəbələ"nin "İnter"lə matçı turun mərkəzi qarşılaşması olacaq. Zaur Svanadzenin komandası ötən tur səfərdə "Qarabağ"ı məğlub etməklə vahid lider etdiyi "qırmızı-qaralar"ı qəbul edəcək. "İnter" bu mövsüm həm "Qarabağ", həm də "Qəbələ"yə uduzmayıb. Roman Qriqorçukun komandası ilə matçlar heç-heçə - 0:0 və 1:1 hesablı bərabərliklə nəticələnib.
"İnter" rəqibindən yenə xal alarsa, "Qarabağ"ı liderliyini qayıtmasında şərait yarada bilər. Ancaq bunun üçün Qurban Qurbanovun komandası Sumqayıtda qalib gəlməlidir. "Sumqayıt" Avopa Liqasına vəsiqə verən 4-cü yer uğrunda mübarizə apardığından ona da qələbə çox vacibdir. Cəzası bitən baş məşqçisi Samir Abasovu yenidən "texniki zona"da görə biləcək "Sumqayıt" 4-cü pilləni ötən tur uduzduğu "Zirə"yə təhvil verməli olub. "Qarabağ" "gənclik şəhəri"nin təmsilçisi ilə cari mövsüm ölkə kubokunda da üzləşib. Həmin oyunlar Ağdam təmsilçisinin darmadağınları ilə nəticələnib.
Turun yeganə paytaxt derbisinin iştirakçıları olan "Neftçi" ilə "Zirə"nin də bu mövsüm yolları ölkə kubokunda kəsişib. "Ağ-qaralar" rəqibini turnirdən kənarlaşdırmağa müvəffəq olub. "Neftçi" "Zirə" üzərində ilk qələbəsini məhz kubokda onun meydanında 3:0 hesabı ilə qazanıb. Ancaq "ağ-qaralar" ardıcıl 2-ci mövsümdür Premyer Liqanın iştirakçısı olan zirəliləri çempionatda hələ ki məğlub etməyib. Elxan Abdullayevin komandası Avropa Liqasına çıxmağa çalışır ki, bu mübarizədə əsas rəqiblərindən biri məhz "Zirə"dir. Onun üzərində qələbə çempionatda da ilk olacaq ki, bu, xal fərqinin 3-ə azalması, şansların artması demək olacaq.
Gəncədə qış fasiləsindən sonra qələbə qazana bilməyən komandalar görüşəcək. AZAL 6 oyunun hamısında uduzbsa, "Kəpəz" ardıcıl 4 məğlubiyyətdən sonra 2 turda heç-heçə edib. İndi komandalardan biri qələbəsizlik sindromunu qıra bilər.
Azərbaycan Premyer Liqası
XXI tur
4 mart (şənbə)
16:00. "Sumqayıt” – "Qarabağ”
Hakimlər: Ramil Diniyev, Yaşar Abbasov, Namiq Hüseynov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Rövşən Əhmədov
Sumqayıt. "Kapital Bank Arena” stadionu
20:00. "İnter” – "Qəbələ”
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ömər Paşayev
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Bakı. "İnter Arena” stadionu
5 mart (bazar)
15:00. "Kəpəz” – AZAL
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Mehman Mahmudov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Kərim Ağayev
Gəncə. Şəhər stadionu
18:00. "Neftçi” – "Zirə”
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Cavanşir Yusifov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Şaiq Həmidov
Bakı. "Bakcell Arena” stadionu