1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
İlqar Qurbanov: "Milli haqda danışmaq istəmirəm"
"Gözəl matç oldu. Son 2 turda məğlub olmuşduq. Buna baxmayaraq, öz oyunumuzu göstərərək qalib gələ bildik".
Sportnet.az-ın əlumatına görə, bunu "Qarabağ"ın futbolçusu İlqar Qurbanov Azərbaycan Premyer Liqasının XXI turunda "Sumqayıt"a 4:0 hesabı ilə qalib gəldikləri səfər matçından sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, çempionluq uğrunda mübarizədə "Qəbələ" ilə rəqabətdən daha çox öz oyunlarını düşünürlər: "Meydanda inamlı təsir bağışladıq, səbirli oynadıq. Önəmli olan nəticə idi ki, 3 xalı qazandıq. Bundan sonra daha çox çalışaraq məqsədimizə çatarıq. Biz fikirləşmirik ki, bu oyunla "Qəbələ"ni qabaqlayarıq, ya yox. İlk növbədə, öz oyunumuzu fikirləşirik. "Qəbələ" ilə çempionluq uğrunda gərgin mübarızə edir".
Qış fasiləsindən sonra bir çox matçda əsas heyətdə yer alan 31 yaşlı sağ cinah müdafiəçisi millimizin Qətərlə yoldaşlıq görüşünə çağırılmayıb. Qurbanov bununla bağlı sualı belə cavablandırıb: "Milli haqda danışmaq istəmirəm".
Xatırladaq ki, Qurbanov hələ 2004-cü ildə - 18 yaşında debüt etdiyi millimizə uzun illərdir dəvət almır.