1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ramaldanov erkən əvəzlənməsinin səbəbini açıqladı
"İnter”ə qarşı yaxşı oyun alındı. Biz qələbə üçün oynayırdıq. Üç xal qazanaraq aktivimizdəki xalların sayını artırmaq istəyirdik. Buna da nail olduq”.
Bu sözləri Sportnet.az-a açıqlamasında "Qəbələ”nin müdafiəçisi Rasim Ramaldanov Azərbaycan Premyer Liqasında XXI tur matçından sonra deyib. Bakıda 2:0 hesabı ilə qalib gəldikləri görüşün ikinci yarısında Rəşad Sadiqovla əvəzlənən Ramaldanov, bunun zədə ilə bağlı olduğunu bildirib: "Düzdür, asan oyun olmadı. Çətin olacağı da məlum idi. Əvəzlənməyim zədə ilə bağlı idi. Ayağımın pəncəsindən ağrılar hiss etdim. İkinci yarıda zədələndim və məcburiyyətdən oyunu yarımçıq dayandırmalı oldum”.
Lakin təcrübəli müdafiəçi zədəsinin ciddi olmadığını və yaxın günlərdə məşqlərə qatılacağını söyləyib.
"Qəbələ" növbəti turda "Neftçi”nin qonağı olacaq. Ramaldanov komandasını çətin oyunun gözlədiyini bildirib: "Qış təlim-məşq toplanışından sonra "Neftçi”də yaxşı kollektiv qurulub, rəqib heyətinə güclü futbolçular cəlb edib. Məncə, yaxşı da çıxış edirlər. Ona görə də düşünürəm ki, bizi çətin matç gözləyir. Düzdür, hələ qarşıda yığmanın Qətərlə oyunu var və buna görə fasilə yaranacaq. İstənilən halda "Neftçi” ilə görüşə hazırlaşıb, meydana qələbə üçün çıxacağıq. Elə millimizə də Qətərlə oyunda uğurlar arzu edirəm. Ümidvaram ki, yığmamız qalib gələcək".