1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AZAL-ın bitən həsrəti "Kəpəz"in arzusunu gözündə qoydu
AZAL qış fasiləsindən sonra ilk xalını qazana bilib. Sportnet.az-ın məlumatına görə, Tərlan Əhmədovun komandası bunun üçün bir dövrə gözləməli olub.
Üçüncü dövrənin ilk 6 matçında meydanı məğlub tərk edən "təyyarəçilər" son turda "Kəpəz"lə səfər matçında uğursuz seriyasını qıra bilib. Buna isə yeni transfer Vaqif Cavadovun son dəqiqədə başla vurduğu qolla nail olunub.
Bu, eyni zamanda "təyyarəçilər"in 6 oyunluq məğlubiyyət seriyası ilə cari çempionatın antirekordunun davam etməsinə mane olub. AZAL 2013-cü ildən bu yana Gəncədə ilk dəfə qol sevinci yaşaması da diqqət çəkir. Ümumiyyətlə, "Kəpəz" bu çempionatda rəqibi ilə əvvəlki oyunlarda qol buraxmamışdı.
Gəncədə cari mövsümdə təkcə AZAL-la yox, bütün oyunlarda az qol vurulması müşahidə olunur. Bu, ən çox 2 olur.
AZAl son dəfə ötən ilin son matçında hesabına xal yaza bilmişdi. Tərlah Əhmədovun komandası onda səfər matçında "Neftçi" üzərində qələbə qazanmışdı. Növbəti xalı 79 gün gözləmək lazım gəldi.
Qış fasiləsindən sonra qələbə qazanmayan komandalar elə turnir cədvəlinin son pillələrindən olan "Kəpəz"lə AZAL-dır. Şahin Diniyevin yetirmələri bu il ardıcıl 4 məğlubiyyətdən sonra axır 3 turda heç-heçələri sıralayır. Bunun son 2-si evdə 1:1 hesabı ilə olub. Həmin oyunlarda gəncəlilər ilk hissədə hesabı açsalar da, fasilədən sonra buraxdıqları qolla qələbəni əldən veriblər. Özü də bu oyunlarda "Kəpəz"in qollarının müəllifləri Şəhriyar adlı müdafiəçiləri - əvvəlcə Rəhimov, sonra Əliyev soyadlı futbolçuları olub.