1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
FİFA millimizi 89-da saxladı
FİFA dünya yığmalarının yeni reytinq siyahısını dərc edib.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan milli komandasının mövqeyində ötən ayla müqayisədə dəyişiklik olmayıb.
Robert Prosineçkinin baş məşqçi olduğu komanda hazırda 380 xalla 89-cu pillədə qərarlaşıb.
2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqiblərə gəldikdə, Azərbaycan yığmasının martın 26-da Bakıda qarşılaşacağı Almaniya 1443 xalla 3-cü yerdə qalıb. Xalını 786-ya çatdıran Şimali İrlandiya əvvəlki kimi 35-cidir. Çexiya 684 xalla 4 pillə irəliləyərək 42-ci sıraya yüksəlib. San Marino 17 xalla 1 pillə geriləyərək, 203-ci yerə düşüb. 428 xallı olan Norveç isə yenə də 81-cidir.
Siyahıda Argentina 1644 xalla 1-ci, Braziliya 1534 xalla 2-ci pillədə qalıb. Azərbaycan millisi ilə bu gün yoldaşlıq görüşü keçirəcək Qətər 415 xalla 1 pillə irəliləyərək, 84-cü sıraya yükəlib. Türkiyə isə 851 xalla 26-cıdır. "Ay-ulduzlular" 2 pillə geriləyib.
Qeyd edək ki, növbəti reytinq siyahısı aprelin 6-da açıqlanacaq.