
Azərbaycan Premyer Liqasının XXI turunda "Neftçi"nin qonağı olan "Qəbələ"də 4 zədəli futbolçu var.
Bu barədə Sportnet.az-a əyalət təmsilçinin mətbuat katibi Anar Hacıyev məlumat verib.
Klub rəsmisinin sözlərinə görə, Rasim Ramaldanov, Elvin Camalov və Baqali Dabonun zədəsi ciddi deyil. Sözügedən "üçlük" martın 14-də "Neftçi" ilə səfər matçında meydana çıxa bilərlər. Vitali Vernudubun durumuna isə müayindən keçdikdən sonra aydınlıq gələcək.
Qeyd edək ki, "Qəbələ"nin heyətində Nika Kvekveskiri cəzalı durumda olduğu üçün "Neftçi" ilə görüşü buraxacaq.