Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Qətər yığması ilə yoldaşlıq görüşünə buraxılmayan azarkeşlərlə görüşüb. Sportnet.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis həmin fanatlara komanda adından minnətdarlığını bildirib.
Prosineçki onlarla şəkil çəkdirməyi də unutmayıb.
Qeyd edək ki, Doha şəhərindəki "Əl Sədd" stadionunda millimizin oyununu izləməyə gələnlər Şamxal, Toğrul, Sənan, Elçin, Fərid, Zakir, Mustafa və Saim adlı azarkeşlər olub. Lakin onlar stadiona buraxılmayıblar. Görüş millimizin qələbəsi ilə yekunlaşıb - 2:1.