"Matçın yayımlanmaması əlbəttə ki, pis oldu. Millinin oyunlarına maraq da var, sadəcə bir az inamsızlıq var milliyə. Onu da futbolçularımız bu cür qələbələrlə yavaş-yavaş geri qaytarmalıdı”. Bu sözləri Sportnet.az-a açıqlamasında milli komandamızın sabiq hücumçusu Samir Musayev deyib.
Musayev Qətər üzərində qələbə qazanan millimizin uğurlu nəticəni Almaniya ilə görüşdə də davamını gətirə biləcəyini bildirib: "Bu qələbə Almaniya ilə oyunöncəsi millimizə nə verəcək? Təbii ki, özünəinam gözəl şeydi. Məncə, yığmamızda özünəinam hissi daha da artacaq. Futbolda hər şey ola bilər. Almaniya ilə oyunda millimizdəki motivasiya tamam başqa cür olacaq. Millimizin Almaniyaya qarşı hansı taktika ilə oynayacağını Robert Prosineçki fikirləşsin. Təbii ki, almanlara qarşı açıq futbol oynamamalııq. Almaniya qarşısına müdafiə futbolu ilə çıxmaq da risklidi. Yəqin ki, məşqçilər korpusu bir şey fikirləşəcək. Futbolçularımız özlərinə inansalar yaxşıdı”.
Samir
Musayevin fikrincə, FİFA Riçard Almeydanın millimizdə çıxışına icazə verərsə,
onu hətta Almaniya ilə görüşdə meydana start heyətində də buraxmaq olar: "Əlbəttə
ki, Almeydaya icazə verilsə, onu Almaniya ilə görüşə start heyətində buraxmaq
mümkündü. Çünki Almeyda millidə olan futbolçuların demək olar ki, yarısı ilə
birlikdə oynayır. İnanıram ki, braziliyalı futbolçu millimizə xeyir verəcək".