1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rauf Əliyev: "Hazırda yaxşı formadayam"
"Hər iki komandanın qol vurmaq şansları var idi. Almaniya ilə vacib oyunöncəsi bizim üçün yaxşı hazırlıq matçı oldu".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan milli komandasının futbolçusu Rauf Əliyev AFFA-nın rəsmi saytına yoldaşlıq matçında Qətər üzərində 2:1 hesablı qələbəni şərh edərkən deyib.
Bakının "İnter" klubunda forma geyinən 29 yaşlı hücumçu bildirib ki, hazırda yaxşı formadadır. O, milli komandaya dəvət almaq üçün var gücü ilə çalışdığını söyləyib: "Qələbə qazandığımız üçün sevincliyik. Hər oyundan qələbə ilə ayrılmaq istəyirik. Uzun fasilədən sonra yenidən milliyə dəvət aldım, ikinci hissədə oynamaq imkanı qazandım. Hər oyunda olduğu kimi, Qətər yığması ilə matçda da əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Hazırda yaxşı formadayam. Çempionat oyunlarında var gücümlə çalışırıram ki, milli komandaya dəvət alım”.
Qeyd edək ki, Azərbaycan milli komandası martın 26-da Bakıda 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Almaniya yığması ilə qarşılaşacaq.