"Qəbələ” çox yaxşı komandadır. İndi də turnir cədvəlinin ilk pilləsindədir. Rəqibimizin gücünə baxmayaraq, biz bu matçda yalnız qələbəyə oynayacağıq. Biz "Qəbələ”dən niyə qorxmalıyıq? İlk pillədədilər deyə onlardan qorxmalıyıq? Biz hər oyuna qələbə üçün çıxırıq, rəqibin fərqi yoxdu. Bu görüşə də qələbə əzmi ilə çıxacağıq”.
Bu sözləri Sportnet.az-a açıqlamasında "Neftçi”nin qolkiperi Maksim Vaylo deyib. "Ağ-qaralar”ın əsas qapıçısına çevrilmiş gənc oyunçu avrokuboklara yollanmaq üçün sona qədər mübarizə aparacaqlarını söyləyib: "Şans hər zaman var. Hətta onu heç kim görməsə də, şans hər zaman var. Bir daha təkrar edirəm ki, biz bütün oyunlara qələbə üçün çıxırıq. Ümidvaram ki, biz mövsümü dördüncü pillədə bitərərək avrokuboklara yollanarıq. Məncə, biz bunu edə bilərik”.