Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start verilib.
Sportnet.az-ın məlumatına görə, IV dövrənin açılış matçında "Kəpəz" "Zirə"ni qəbul edib.
Gəncədə baş tutan görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. "Kəpəz"ə 3 xal qazandıran yeganə qola 56-cı dəqiqədə kamerunlu forvard Julien Ebah imza atıb.
Günün digər matçında isə "İnter" "Sumqayıt"ı qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolun müəllifi 39-cu dəqiqədə fərqlənən Nizami Hacıyev olub. Bu qələbə sayəsində xallarını 39-a çatdıran "İnter" 3-cü pillədə möhkəmlənib. Zaur Svanadzenin komandası ən yaxın izləyicisi, turun ilk matçında Gəncədə "Kəpəz"ə eyni hesabla uduzan "Zirə"ni 10 xal geridə qoyub. "Sumqayıt" 25 xalla 5-ci pillədə qalıb. "Kəpəz" isə 21 xalla 6-cı pilləyə yüksəlib.
Azərbaycan Premyer Liqası, XXII tur
13 mart (bazar ertəsi)
15:00. "Kəpəz” – "Zirə” - 1:0
Qol: Julyen Ebah, 56
Hakimlər: Fariz Yusifov, Vüqar Bayramov, Cəmil Quliyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Əhmədağa Cabbarov
Gəncə şəhər stadionu
İlk 3 dövrədəki oyunlar: 2:0, 0:2, 0:1
18:00. "İnter” – "Sumqayıt” 1:0
Qol: Nizami Hacıyev, 39
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Vüsal Qənbərov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Şahin Cəfərov
"İnter Arena”
İlk 3 dövrədəki oyunlar: 2:1, 3:1, 2:2
Qeyd edək ki, turun daha 2 oyunu martın 14-də keçiriləcək. "Qarabağ" AZAL-ı, "Neftçi" "Qəbələ"ni qəbul edəcək.