1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
UEFA yeni seçki keçirəcək
UEFA FİFA Şurasındakı dördüncü nümayəndəsini seçməkdən ötrü Növbədənkənar Konqres keçirəcək.
Sportnet.az-ın Avropa futbol qurumunun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Rusiya Futbol İttifaqının (RFS) prezidenti Vitali Mutko və İslandiya Futbol Assosiasiyasının (KSİ) sabiq rəhbəri Qeyr Torsteynssonun seçkiyə qatılmayacaqları dəqiqləşdikdən sonra müəyyənləşib.
Finlandiyanın paytaxtı Helsinkidə aprelin 5-də keçiriləcək UEFA Konqresində FİFA Şurasına 4 namizəd seçilməli idi. Lakin V.Mutko siyasi neytrallıq meyarı üzündən Şuraya buraxılmayıb. Q.Torsteynsson isə KSİ-dəki vəzifəsini tərk etdiyi üçün FİFA-dakı işindən imtina edib. Beləliklə, 4 yerə 3 iddiaçı - Deyan Saviçeviç (Monteneqro), Kostakis Kutsokumnis (Kipr) və Şandor Çanyi (Macarıstan) qalıb.
UEFA Konqresində qalan 55 milli assosiasiya 3 namizədin də FİFA Şurasında qalıb-qalmamasına səs verəcək. Onlar ali futbol qurumunda saxlanılsalar, 2 vakant yerə seçki üçün qitə futbol qurumu Növbədənkənar Konqres çağıracaq.
Qeyd edək ki, Helsinkidə UEFA İcraiyyə Komitəsinə seçki də keçiriləcək. Namizədlərdən biri AFFA-nın baş katibi Elxan Məmmədovdur.