1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Muarem Muarem: "Bunu kim istəməz ki?!"
"AZAL-ın yaxşı komanda olduğunu bilirdik. Ötən dövrədə səfərdə 2:1 hesabı ilə yendiyimiz və 10 nəfərlə qaldıqları matçda da bunu göstərmişdilər. Çöldən necə göründüyünü bilmirəm, amma daxilən çox çətin qarşılaşma idi. Yuxarı pillədən qopmaq istəmirik, qələbə qazanmalıyıq. Buna görə də 3 xal qazandığımız üçün çox xoşbəxtik. İnanıram ki, davamı gələcək".
Sportnet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Qarabağ"ın futbolçusu Muarem Muarem AZAL-ı evdə 1:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XXII tur matçından sonra deyib. Təcrübəli yarımmüdafiəçi oyundan önə rəqibi ciddi analiz etdiklərini və baş məşqçi Qurban Qurbanovun tapşırıqlarına uyğun hərəkət etdiklərini söyləyib: "Əlbəttə, bu qədər çətin olacağını bilirdik. Baş məşçimiz də bizi buna hazırlayırdı. 2-3 gündür məşqlərdə bu barədə danışırdıq. Qurban Qurbanov rəqibi analiz edərək, AZAL-ın son oyunlarda çox yaxşı çıxış etdiyini deyirdi. Həqiqətən də elədir. İlk yarıda oyunun sönük alınması Qurbanovun oyundan öncə dediyi "Sakit oynayın, əks halda çətinliklə üzləşə bilərik" sözləri ilə əlaqədar oldu. Yaxşı ki, ikinci hissədə bir qol vurduq və qalib olduq".
Makedoniyalı oyunçu lider "Qəbələ"nin xal itkilərindən çox "Qarabağ"ın qalan oyunlarını düşündüklərini də əlavə edib: "Qəbələ" də yaxşı komandadır. Amma təbii ki, biz birinci olmaq istəyirik. Bunu kim istəməz ki?! "Qəbələ"nin də "Neftçi" ilə çox çətin matçı var. Amma onları düşünmək yox, önümüzdəki oyunlara baxmaq istəyirik. Qalan 6 görüşü də yaxşı nəticələrlə bitirərək, çempionluq hədəfləmişik".