AFFA 2016-cı ildə Azərbaycanda 17 yaşadək futbolçular arasında təşkil olunmuş Avropa çempionatından 681 min 794 manat qazanc əldə edib.
Sportnet.az-ın məlumatına görə, bu barədə AFFA-nın Maliyyə və Mühasibat Departamentinin 2016-cı il üzrə İllik Hesabatında bildirilir.
Yarışın təşkili üçün assosiasiya UEFA (3 milyon 853 min 994 manat), dövlət dəstəyi (2 milyon manat), eləcə də sponsorlar və digər mənbələrdən ümumilikdə 5 milyon 9212 min 682 manat vəsait daxil olub. Lakin Avropa çempionatının keçirilməsi üçün 5 milyon 230 min 88 manat sərf edilib.
Bunlardan:
Hotel xərclərinə - 957,933.00 (manat)
Püşkatma mərasiminə - 157,219.00
Açılış mərasiminə - 379, 341.00
Bağlanış mərasiminə - 113,538.00
Əmək haqqına - 241,757.00
DSMF və vergi ödəmələrinə - 419,225.00
Stadionların icarəsinə - 232,416.00
Keytrinqə - 245,314.00
Nəqliyyata - 206,585.00
Təbliğata - 203,210.00
Marketinqə - 80,926.00
Sığortaya - 33,133.00
Təhlükəsizliyə - 32,387.00
Tibb məsələlərinə - 28,251.00
Digər təşkilati işlərə - 286,925.00
İnfrastruktura ("Dalğa Arena", Bakı Olimpia Stadionu və s.) - 1,612,728.00
manat sərf olunub.
Qeyd edək ki, 17 yaşadək futbolçular arasında Avropa çempionatı ötən il 5 - 21 mayda keçirilib.