1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Renat Dadaşov Almaniya ilə oyuna çağırıldı
Almaniyanın "Ayntraxt" klubunun 19 yaşadək futbolçulardan ibarət komandasının futbolçusu Renat Dadaşov ilk dəfə Azərbaycan millisinə dəvət alıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 18 yaşlı hücumçu Almaniya yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçına çağırılıb.
O, martın 19-da Bakıya gələrək, Bundestimlə görüşün hazırlıq prosesinə qatılacaq.
Qeyd edək ki, Renat Dadaşov hazırda Almaniyada yaşayır. 18 yaşlı hücumçu 2013-cü ilin fevralından 2014-cü ilin oktyabrınadək Azərbaycan yığmasında forma geyinmiş Rüfət Dadaşovun qardaşıdır. Hazırda Almaniyanın "Ayntraxt" klubunun U-19 yığmasında çıxış edən Renat Dadaşovun müqaviləsi 2018-ci ilin iyununda başa çatacaq. O, cari mövsümdə klubunun heyətində 11 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Hücumçu 2016-cı ilin mayında Bakıda 17 yaşadək futbolçular arasında keçirilmiş Avropa çempionatında da çıxış edib. Yarış ərzində Dadaşov Almaniya millisinin heyətində Slovakiya (5:1), Avstriya (4:0) və Belçika (1:0) yığmaları ilə görüşlərdə qol vurub və bürünc mükafatçı olub.