Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, açılış oyununda "Kəpəz"lə "Sumqayıt" üz-üzə gəlib. Gəncə şəhər stadionunda keçirilmiş matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 45-ci dəqiqədə Dario Federiko vurub. Beləliklə, "Kəpəz" ardıcıl 2-ci qələbəsi sayəsində 24 xalla 6-cı pilləyə yüksəlib. Ardıcıl 4-cü məğlubiyyətlə üzləşən "Sumqayıt" isə 25 xalla 5-ci pillədə qalıb.
Günün digər matçı "Bakcell Arena”da baş tutub. "Neftçi" komandası 80 illik yubileyinə təsadüf edən görüşdə "İnter"lə qarşılaşıb. "Bakcell Arena"da təşkil olunmuş matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 42-ci dəqiqədə Huqo Barqas açıb. 70-ci dəqiqədə Rəhman Hacıyev növbəti qolu vurub. Bundan cəmi 1 dəqiqə sonra isə Nizami Hacıyev fərqi azaldıb.
Bu qələbə sayəsində xallarını 26-ya çatdıran "Neftçi" 5-ci pilləyə yüksəlib. "İnter" isə 39 xalla 3-cü pillədə qalıb.
Azərbaycan Premyer Liqası
XXIII tur
18 mart (şənbə)
16:00 "Kəpəz” – "Sumqayıt” - 1:0
Qol: Dario Federiko, 45
Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, İsgəndər Əliyev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Füzuli Nəcəfov
Gəncə şəhər stadionu
İlk üç dövrə - 1:1, 0:0, 1:3
19:37 "Neftçi” – "İnter” 2:1
Qol: Huqo Barqas, 42. Rəhman Hacıyev, 69 - Nizami Hacıyev, 72
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Vüqar Bayramov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Məlik Həsənov
"Bakcell Arena”
İlk üç dövrə - 1:2, 2:1 və 3:1
Qeyd edək ki, turun açılış oyununda "Kəpəz" "Sumqayıt"ı yenib - 1:0. Tura martın 19-da keçiriləcək AZAL - "Qəbələ" və "Zirə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.