Bu gün keçiriləcək daha 2 oyunla Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, çempionluq uğrunda mübarizə aparan "Qarabağ" və "Qəbələ" klubları Bakıda meydana çıxıblar.
Əvvəlcə "qırmızı-qaralar" autsayder AZAL-ın qonağı olublar. Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib. Hər iki qol ikinci hissədə vurulub. Son zamanlar uğurlu çıxışı ilə diqqət çəkən Tellur Mütəllimov hesabı açsa da, sonuncu dəqiqədə "Qəbələ qapıçısı Dmitri Bezotosnının səhvindən sonra qapısında qol görərək, qələbəni əldən verib.
Bu nəticədən sonra nəzərlər "Zirə" - "Qarabağ" matçına yönəlib. Zirədəki görüşdə qonaq komanda qalib gəlsəydi, ən yaxın izləyicisindən 4 xal aralanaraq, çempionluq yolunda ciddi addım atacaqdı. Lakin matç qolsuz nəticələnib. Hətta 66-cı dəqiqədə Akim Latifu qırmızı vərəqə aldıqdan sonra say üstünlüyü əldə edən "Qarabağ" rəqibinin müqavimətini qıra bilməyib. Bununla da 2 xallıq fərq yenə qorunub.
Meydan sahiblərinə gəldikdə, "Zirə" xallarını 30-a, AZAL isə 10-a çatdırıb. Onlar müvafiq olaraq, 4-cü və 8-ci pillələrdə qalıblar.
Azərbaycan Premyer Liqası, XXIII tur
19 mart (bazar)
AZAL – "Qəbələ” - 1:1
19 mart 2017. Saat 15:30. "AZAL Arena”, 300 tamaşaçı
Baş hakim: Ömər Paşayev
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Akif Əmirəli
Dördüncü hakim: Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Rövşən Əhmədov
Sarı vərəqələr: Tural Hümbətov, 42 (qeyri-idman hərəkəti); Nuqzar Kvirtiya, 81 (qeyri-idman hərəkəti); Sadio Tounkara, 88 (qeyri-idman hərəkəti) - Teo Uiks, 16 (perspektivli hücumun qarşısını kəsdiyinə görə); Nika Kvekveskiri, 90+2 (qeyri-idman hərəkəti)
Qollar: Nuqzar Kvirtiya, 90 - Tellur Mütəllimov, 52
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.
AZAL: 23. Aqil Məmmədov
3. Tural Hümbətov
(21. Samir Məsimov, 77)
5. Kamil Hüseynov
18. Ruslan Əmircanov
24. Emin Cəfərquliyev (k)
91. Mehdi Taouil
77. Arkadi Qalperin
(11. Frank Madu, 73)
27. Rəşad Abdullayev
(10. Nuqzar Kvirtiya, 68)
8. Sadio Tounkara
70. Vaqif Cavadov
6. Bəxtiyar Soltanov
Ehtiyat oyunçular: 1. Tərlan Qasımzadə
55. Qeyrət Qənbərov
16. Feyzi Aşkan
19. Elnur Süleymanov
Baş məşqçi: Tərlan Əhmədov
"Qəbələ”: 22. Dmitri Bezotosnı
3. Voislav Stankoviç
5. Rasim Ramaldanov
7. Nika Kvekveskiri
10. Ruslan Qurbanov
(17. Məhəmməd Mirzəbəyov, 89)
11. Asif Məmmədov
19. Filip Ozobiç
27. Teo Uiks
(32. Rəşad Eyubov, 25)
31. Daniel Subotiç
(9. Sergey Zenyov, 57)
34. Urfan Abbasov (k)
88. Tellur Mütəllimov
Ehtiyat oyunçular:33. David Pietrzkeviç
8. Qismət Alıyev
18. Baqali Dabo
77. Araz Abdullayev
Baş məşqçi: Roman Qriqorçuk
"Zirə” – "Qarabağ” - 0:0
19 mart 2017. Saat 18:30. Zirə İdman Kompleksinin stadionu, 1300 tamaşaçı
Baş hakim: Ramil Diniyev
Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Nahid Əliyev
Dördüncü hakim: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Asim Xudiyev
Sarı vərəqələr: Adil Nağıyev, 49 (qeyri-idman hərəkəti); Akim Latifu, 65 (qeyri-idman hərəkəti), 66 (qeyri-idman hərəkəti); Elvin Məmmədov, 69 (sistematik qayda pozuntusu); Anar Nəzirov, 89 (oyunun bərpasını ləngitdiyinə görə); Viktor İqbekoyi, 90 (qeyri-idman hərəkəti) - Coşqun Diniyev, 42 (qeyri-idman hərəkəti); Ansi Aqolli, 65 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Akim Latifu, 66
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 4 dəq.
"Zirə”: 1. Anar Nəzirov
23. Yovan Krneta
5. Adil Nağıyev
39. Sadiq Quliyev
28. Təmkin Xəlilzadə
16. Akim Latifu
11. Viktor İqbekoyi
20. Sezar Meza Kolli
(26. Georgi Qorozia, 76)
10. Elvin Məmmədov (k)
7. Amadu Sanqar
(13. Aleksandr Şemonayev, 70)
43. Riçard Qadze
(6. Vüqar Mustafayev, 82)
Ehtiyat oyunçular:85. Kamal Bayramov
17. Vüsal İsgəndərli
9. Nurlan Novruzov
87. Müşfiq İlyasov
Baş məşqçi: Ayxan Abbasov
"Qarabağ”: 13. İbrahim Şehiç
6. Dino Ndlovu
8. Markos Madera
10. Muarem Muarem
14. Rəşad Sadıqov (k)
18. İlqar Qurbanov
(44. Ağabala Ramazanov, 83)
20. Riçard Almeyda
22. Əfran İsmayılov
25. Ansi Aqolli
(5. Maksim Medvedev, 74)
55. Bədavi Hüseynov
91. Coşqun Diniyev
(11. Mahir Mədətov, 86)
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev
2. Qara Qarayev
15. Rahid Əmirquliyev
32. Elvin Yunuszadə
Baş məşqçi: Qurban Qurbanov
Qeyd edək ki, ilk oyun günündə "Kəpəz" "Sumqayıt"ı 1:0, "Neftçi" "İnter"i 2:0 hesabı ilə yenib.
Bombardir: Filip Ozobiç ("Qəbələ") - 11 qol.