1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rasim Ramaldanov: "İnanmıram ki, millimiz darmadağın olsun"
"Oyundan öncə heç kim proqnoz verə bilməz. Nəyin necə olacağını öncədən bilmək olmur. Milli komandamız öz evində oynayır və ona görə də fikrimcə, millimiz yaxşı oyun göstərə bilər". Bunu Sportnet.az-a açıqlamasında "Qəbələ"nin müdafiəçisi Rasim Ramaldanov deyib.
Milli komandamızın da formasını geyinmiş Ramaldanov yığma komandamızın Almaniya önündə darmadağın olmayacağını söyləyib: "Darmadağın? Xeyr, inanmıram ki, millimiz darmadağın olsun. Ancaq çox çətin olacağı dəqiqdi. Hamımız Almaniyanın gücünü bilirik. Almaniya yığmasının bizimlə oyuna hansı heyətlə çıxacağı dəqiq deyil. İstənilən halda meydana çıxacaq alman futbolçuların səviyyəsi yüksəkdi. Heç bir futbolçumuza Almaniya ilə görüşdə rahat olmayacaq. Futbolçularımız bütün gücünü meydanda qoymalıdı”.