
Sloveniyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Sportnet.az-ın məlumatına görə, yığmamız İtaliyanın "Udineze" klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş millimizin məğlubiyyəti ilə nəticələnib - 1:2. Komandamızın qolunu Nicat Süleymanov vurub.