
"Özüm millidə olmasam da, bu komanda hamımızındır”.
Bunu Sportnet.az-a açıqlamasında Bakı "İnter"inin futbolçusu Abbas Hüseynov deyib. 22 yaşlı müdafiəçi Almaniya ilə matçda Azərbaycan millisinin uğurlu nəticə qazanacağına inandığını bildirib: "Ağır oyun olacaq. Ancaq təbii ki, Almaniya ilə görüşdə uğurlu nəticə də göstərmək olar. Millimizə Almaniya ilə matçda uğurlar arzulayıram”.
Qeyd edək ki, Abbas Hüseynov Azərbaycan millisinə ilk dəfə Qətərlə yoxlama görüşü üçün dəvət edilib.