
"Teo Viks "Ermis Aradipu” üçün hər zaman maraqlı oyunçudu. Mən orada baş məşqçi olanda da Viksin yayda Kiprə qayıtmasını istəyirdim. İndi necə olacağını bilmirəm”. BunuSportnet.az-a açıqlamasında Nikos Panayotu deyib.
Bir müddət əvvəl Kipr klubunun baş məşqçi postundan ayrılan 46 mütəxəssis "Qəbələ”də icarə əsasında çıxış edən liberiyalı futbolçunun yayda "Ermi Aradipu”ya qayıdıb-qayıtmayacağı haqda danışıb: "Bilmirəm, Viks qayıdacaq Kirpə ya, yox.
Ancaq onu bilirəm ki, Viks çox güclü futbolçudu və "Qəbələ”yə keçdiyi ilk vaxtdaca özünü doğrulda bilmişdi. Ola bilər ki, son vaxtlar oynamır. Bu da zədədən sonra bərpası ilə əlaqəlidi. O, "Qəbələ”yə çempionluq mübarizəsində kömək edə biləcək biridi”.