1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" 80-ci qol üçün
Martın 30-da Azərbaycan Kubokunda yarımfinal mərhələsi çərçivəsində "Qəbələ" "İnter"lə ilk oyuna çıxacaq.
Sportnet.az-ın məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra "qırmızı-qaralar" ilk oyununu səfərdə keçirəcək. Ölkə kubokunda 12-ci mövsümdür mübarizə aparan "Qəbələ" üçün "İnter Arena”dakı matç 51-ci olacaq. Bunadək 24 görüşdə qələbə qazanan əyalət komandası səfər matçına yubiley uğuru üçün çıxacaq. 25-ci qələbənin astanasında olan "Qəbələ” kubokda 17 heç-heçə edib və 9 dəfə uduzub. Rəqib qapılarına 79 dəfə yol tapan futbolçular 80-ci topu "İnter”in qapısından keçirə bilər. Əvvəlki 50 görüşdə rəqiblər 42 qola sevinib.
Bu, "Qəbələ”nin tarixində 5-ci yarımfinal dueli olacaq. İndiyədək 4 dəfə finalın bir addımlığında olan "qırmızı-qaralar” bir dəfə həlledici görüşə vəsiqə qazanıb. 2013/2014 mövsümündə bu komanda "Xəzər Lənkəran”ı yarımfinalda dayandırıb – 3:0, 1:1. Klub tarixinin ilk dəfə 1/2 final həyəcanı 2007/2008 mövsümünə təsadüf edib. Həmin vaxt da rəqib Lənkəran təmsilçisi olsa da, mərhələni cənublular keçib – 1:3, 1:1. Bir il sonra isə "Qəbələ” indiki rəqib "İnter”lə finalın bir addımlığında qarşılaşıb. Onda hər komanda öz meydanında qələbə qazanıb və finala bakılılar yüksəlib – 0:5, 2:0. Ötən il isə Roman Qriqorçukun baş məşqçi olduğu komanda yarımfinalda "Neftçi” səddini keçə bilməyib – 1:1, 1:1, pen. 3:4.
Bu mərhələdə 2 qələbə qazanıb, eyni sayda uduzub, 4 dəfə heç-heçə edən əyalət komandasının məğlubiyyətsiz seriyası da diqqət çəkir. Penaltilər seriyası nəzərə alınmasa, yarımfinaldakı son 5 matçda "Qəbələ” uduzmayıb. Son üç görüşdə isə 1:1 hesabı qeydə alınıb.
Ümumilikdə isə "qırmızı-qaralar” 9 oyundur kubokda uduzmur. Son məğlubiyyət 2015-ci il martın 4-də qeydə alınıb. 2014/2015 mövsümünün 1/4 finalında "Simurq”a 0:3 hesabı ilə məğlub olandan sonra "Qəbələ” 5 qələbə qazanıb, 4 heç-heçə edib.
Səfərdə qazanılacaq qələbə daha iki yubileylə əlamətdar ola bilər. Bu, klub tarixində rəqib meydanlarında ümumilikdə 80-ci, kubokda 10-cu qələbə kimi tarixə düşəcək. İndiyədək səfərdəki 217 oyunda 79 dəfə qalib gələn komanda kubok yarışındakı 22 matçda 9 dəfə sevinib.
Qeyd edək ki, bu mövsüm "Qəbələ” 1/8 finalda "Zaqatala” (2:2, pen.4:1), 1/4 finalda AZAL-ı (2:1, 1:0) mübarizədən kənarlaşdırıb.