"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk bəyəndiyi müasir baş məşqçilərin adlarını açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, ukraynalı mütəxəssis ortabab klublarla yüksək nəticələr göstərən mütəxəssislərdən danışıb.
O bildirib ki, İngiltərə "Lester"indən istefaya göndərilmiş Klaudio Ranyeri və hazırda Fransa "Monako"suna rəhbərlik edən Leonardo Jardimlə həvəslə ünsiyyətdə olmağa hazırdır: "Hər iki mütəxəssislə danışmaq çox maraqlı olardı. Başa düşürəm ki, öz sirlərini açmazdılar. Balaca komandalarda böyük işlər görmüş baş məşqçilərlə danışmaq istərdim. Hazırkı situasiyada Ranyeri ilə. O, "Lester"lə möcüzə yaradıb: İngiltərə Premyer Liqasının qalibi olub. Müsahibəsində demişdi ki, futbolçularla birgə pitsa bişirib. Əlbəttə, bunu zarafat kimi qymətləndıririk. Əsl həqiqətdə isə onun qurduğu oyun sistemi, məsələn, əks-hücumları qeyd edərdim. Çox maralıdır, buna necə nail olub? Onların çıxışı çox sistemli, yüksək səviyyədə idi. O cür rəqiblərin öhdəsindən necə gəldiklərini bilmək istərdim. Həmçinin, "Monako"nun oyunu barədə də çox şey öyrənmək, bu komandanın baş məşqçisi Leonardo Jardimlə danışmaq çox maraqlı olardı. "Monako" hazırda Fransa Liqasında az qala 100 qol, "Mançester Siti"yə isə həm səfərdə, həm də evdə 3 qol vurub. Futbolçularının sadəcə, ağlasığmaz sürətləri var. Komandada 1998-ci il təvəllüdlü hücumçu Kilian Mbappe oynayır. Həm Ranyeri, həm də Jardimlə çoxlu kofe içmək, onlardan çox şey eşitmək istərdim. Mən onları kofe içməyə dəvət edərdim".
Qeyd edək ki, Roman Qriqorçuk "Qəbələ" ilə son 2 mövsümdə Avropa Liqasının qrup mərhələsinə yüksəlib.