
"İnter”lə oyuna çox ciddi hazırlaşırıq. İlk görüşdəcə elə "İnter”i məğlub etməyi planlaşdırırıq. Həm səfərdə, həm də evdə qalib gəlmək istəyirik. Fərqi yoxdu hansı hesabla qalib gələk, əsas odu finala çıxaq”. Bunu Sportnet.az-a açıqlamasında "Qəbələ”nin forvardı Ruslan Qurbanov deyib.
Ölkə kubokunun yarımfinal mərhələsində "Qəbələ” ilk görüşdə "İnter”in qonağı olacaq. Qurbanov "İnter” haqda xoş sözlər deyib: "Qələbə qazanmaq istəyirik. Amma "İnter”İn də nə qədər güclü komanda olduğunu dərk edirik. Onlara qarşı oynamaq bizim üçün çətinolacaq.
"Qəbələ” həm çempionatda, həm də kubokda qalib olmaq istəyir. Qarşıdakı matçlara da məsuliyyətli yanaşırıq. "Qızıl dubl” etmək istəyiriksə, 200 faiz oynamalıyıq. Hər şeyi edəcəyik ki, iki kuboku da qazanaq. "Neftçi” – "Qarabağ” matçı barədə heç nə deyə bilmərəm. Hər iki komandaya uğurlar arzu edirəm”.