1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Sanderlend" in futbolçusu batanları xilas etdi
İngiltərənin "Sanderlend" klubunun futbolçusu Dankan Uotmor Barbadosda istirahət zamanı 3 nəfərin həyatını xilas edib.
Sportnet.az-ın "Report"un "Daily Mail" nəşrinə istinadən verdiyi məlumata görə, hadisə martın 30-da baş verib.
Dizindəki zədəni sağaltmaq üçün sevgilisi ilə məzuniyyətə yollanan 23 yaşlı yarımmüdafiəçinin idarə etdiyi motorlu qayıq katamaranla toqquşub. Nəticədə oradakı 3 sərnişin suya düşüb. Uotmor isə onları xilas edərək, göyərtəyə qaldırmaqla yanaşı, ciddi zədə alan qadına ilk tibbi yardım göstərib.
Futbolçunun özü və sevgilisi qəza zamanı xəsarət almasa da, zərərçəkənlərdən biri ölümdən döndüklərini söyləyib. O, sağ qaldıqları üçün futbolçuya minnətdar olduqlarını bildirib: "Çox qorxduq. Ölüm-qalım məsələsi idi. Evə tabutda dönmədiyim üçün bəxtim gətirib. Dankan hamımıza göyərtəyə qalxmaqda yardım etdi".
Qeyd edək ki, Dankan Uotmor 2013-cü ildən "Sanderlned"də çıxış edir. O, İngiltərə təmsilçisinin heyətində 37 oyun keçirib və 3 qol vurub.