
Onlar Erzikin TFF-ə rəhbərlik etdiyi dövrdən qurumda çalışanlardır. İndi türkiyəli funksioner yaş limiti ilə əlaqədar UEFA-dakı vəzifəsindən istefa verməyə hazırlaşır. İşdən çıxarılan qalan əməkdaşlar arasında 4 ildir TFF-in baş katibinin müavini olan Orhan Ertanhan, bir ara Azərbaycanla da sıx əlaqələri olmuş UEFA-nın Həvəskar Futbol Komitəsinin üzvü Süheyl Önən də var. Prosesin yaxın günlərdə də davam edəcəyi və qurumun hazırkı prezidenti Yıldırım Dəmirörənin təlimatı ilə aparıldığı bildirilir.