1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Emin Mahmudov izlədi, Dost Messiyə şərik oldu
Portuqaliyanın "Sportinq” klubunun fubolçusu Bas Dost "Qızıl buts” yarışmasında "Barselona”ın hücumçusu Lioenel Messiyə çatıb.
Sportnet.az-ın məlumatına görə, 27 yaşlı forvard Portuqaliya çempionatının XXVIII turunda Azərbaycan milli komandasının üzvü Emin Mahmudovun da formasını geyindiyi "Boavişta” ilə ev oyununda het-trik etməklə buna nail olub. "Sportinq”in 4:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada rəqib qapısına 3 dəfə yol tapan hollandiyalı futbolçu cari çempionatda qollarının sayını 27-ə çatdırıb. Bu görüşdə Mahmudov sonadək ehtiyatda qalıb.
Beləliklə, Dost və Messinin hesabında 54 xal var və onlar "Qızıl buts” cədvəlinə liderlik edirlər.
Qeyd edək ki, "Qızıl buts” Avropa ölkələrinin milli çempionatlarının ən yaxşı bombardiri üçün təsis edilən mükafatdır. "Top-5” liqalarında 1 qol 2 əmsalla dəyərləndirilir. Ötən mövsüm mükafata 40 qolla "Barselona”nın uruqvaylı hücumçusu Luis Suares layiq görülüb.