
Kamerunlu hücumçu Samuel Eto O rəsmən İngiltərənin "Everton" klubuna keçib. Sportnet.az-ın məlumatına görə, 33 yaşlı futbolçu azad agent qismində yeni klubu ilə 2 illik müqavilə bağlayıb.
O, "Everton"da 5 nömrəli formanı geyinəcək. Ötən mövsüm Eto O "Çelsi"nin heyətində 35 oyuna 12 qol vurub.
Qeyd edək ki, Samuel Eto O daha öncə Rusiyanın "Anji", İtaliyanın "İnter", eləcə də İspaniyanın "Barselona", "Malyorka", "Espanyol", "Leqanes" və "Real Madrid" komandalarında oynayıb.