Gələn mövsüm Azərbaycan Premyer Liqasında neçə komandanın iştirak edəcəyinə dair qərar hələ verilməyib. Sportnet.az xəbər verir ki, bu barədə AFFA-nın prezidenti Rövnəq Abdullayev jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
O deyib ki, lisenziya ala bilən klubların hamısı 2017-2018 mövsümündə Premyer Liqada iştirak edəcək. R.Abdullayev elitada sonuncu yeri tutan AZAL-ın I Diviziona enib-enməyəcəyi barədə bir şey eşitmədiyini söyləyib: "Bu məsələyə baxacağıq. Yəqin ki, axırıncı yeri tutan komanda Premyer Liqanı tərk edəcək. I Diviziondan gələn olsa, AZAL elitanı tərk edəcək. Hələlik neçə komandanın gələcəyi bilinmir".
Qeyd edək ki, hazırda Premyer Liqada 8 komanda mübarizə aparır. I Divizionda isə "Turan Tovuz" çempion olaraq, yüksək liqaya vəsiqə qazanıb.