
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də Bakıda İsrail, sentyabrın 8-də isə səfərdə Portuqaliya yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, "Sumqayıt"ın futbolçusu Andrey Popoviç yığmanın heyətindən çıxarılıb.
Buna milliləşən ukraynalı legionerin zədələnməsi səbəb olub. Qapıçı ilk turun nəticəsi ləğv olunan "Qarabağ”la oyunundan sonra "Sumqayıt”ın da matçlarında iştirak etməyib.