Bakının "İnter" komandası ilk futbolçu transferini həyata keçirib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "bankirlər" Azərbaycan yığmasının yarımüüdafiəçisi Elvin Məmmədovla müqavilə bağlayıb.
26 yaşlı oyunçu 1 illik anlaşmaya qol çəkib.
Qeyd edək ki, Elvin Məmmədov əvvəllər də "İnter"də çıxış edib. O, paytaxt təmsilçisinə 2007-ci ildə "Turan"dan keçib. Məmmədovun son klubu "Bakı" olub.