Fransa çempionu "Monako" Belçikanın "Anderlext" klubundan Yuri Tilemansı transfer edib. Sportnet.az-ın məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi ilə anlaşma 2022-ci ilədək nəzərdə tutulub.
Bu keçid "knyazlıq təmsilçisi"nə 23 milyon avroya başa gəlib. Belçikalı oyunçu yeni klubunda 17 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Yuri Tilemans "Anderlext"in heyətində 185 oyuna 35 qol vurub və 31 məhsuldar ötürmə verib. O, ötən mövsüm komandaya çempionluq qazanmaqda yardımçı olub. "Anderlext" Avropa Liqasında "Qəbələ" ilə eyni qrupda yer alıb. Belçika təmsilçisi hər iki oyunda 3:1 hesablı qələbə qazanıb. Tilemans Bakıdakı qarşılaşmada 11-ci dəqiqədə vurulmuş ilk qolun müəllifi olub.