Estoniya millisinin futbolçusu Sergey Zenyov "Qəbələ”dən ayrılmasının səbəblərini açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, təcrübəli hücumçu qərarını təklif edilən yeni müqavilənin onu qane etməməsi ilə əsaslandırıb.
"Müqavilənin uzadılmasının mümkünlüyü ilə bağlı klub rəhbərliyi ilə danışıqlarım oldu. Amma şərtlərdə razılığa gələ bilmədik" deyən Zenyov hazırda Tallində Estoniya millisinin qarşıdakı oyunlarına hazırlaşdığını söyləyib: "Hələlik karyeramı harada davam etdirəcəyimi bilmirəm. Bu məsələ ilə mənim agentim məşğul olur. Bütün variantları nəzərdən keçirəcəyik”.