
Azərbaycan Premyer Liqasının debütantı "Səbail" klubu 3 futbolçu ilə müqavilə bağlayıb. Sportnet.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Samir Əliyev bildirib.
Onun sözlərinə görə, "Neftçi"dən ayrılan Kamal Qurbanov, həmçinin "Zaqatala"dan Emin Mehtiyev və "Turan Tovuz"dan Aqşin Muxtaroğlu ilə 1 illik rəsmi anlaşma əldə olunub. AZAL-ın sabiq qapıçısı Gənc mütəxəssis Aqil Məmmədovla da ilk razılığa gəldiklərini söyləyib: "Hazırda Aqil Naxçıvandadır. Həftəsonunadək Bakıya qayıdacaq və bizimlə müqaviləyə imza atacaq".
S.Əliyev ötən mövsüm I Divizionda çıxış etmiş futbolçuların əksəriyyəti ilə yollarını ayıracaqlarını da dilə gətirib. Bütün transferləri iyunun 10-dək həyata keçirmək niyyətində olduqlarını söyləyən baş məşqçi ehtiyac yaranarsa, legionerlərlə də güclənəcəklərini vurğulayıb ("Report").