Azərbaycan Premyer Liqasında "Qarabağ"la "Qəbələ"dən başqa sponsoru olan klub yoxdur. Qalan 6 klubun hamısına dövlət baxır".
Sportnet.az-ın məlumatına görə, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "İdman Azərbaycan" telekanalına müsahibəsində deyib. Musayev bildirib ki, bu, gizlədiləsi fakt deyil: "Yalan danışa bilmərik. Sağ olsun, dövlətimizin rəhbərliyi, futbolumuza dəstəyini verir".
PFL prezidenti sponsorluq etmək istəyən şəxslərin başqa maraq güddüklərini bildirib: "Deyirlər ki, bizi vergidən azad edin. Əvvəla biz Vergilər Nazirliyi deyilik. Digər tərəfdən, qanunu biz yazmırıq. Deməli, burada başqa niyyətlər var. Buna da biz razı ola bilmərik. Futbolun inkişafı naminə gələn insanı vergi maraqlandırmamalıdır. Gərək hər şey insanın içindən gəlsin. Xaricdən Vətənə, millətə pul ayırmaq istəyən oğlanlarımız yoxdur. Halbuki qoyduqları vəsaiti 3 ildən sonra götürə bilərlər".