"Qarabağ”ın Avropa Liqasının F qrupundakı rəqibi "İnter” futbolçusunu icarəyə verib.
Sportnet.az-ın məlumatına görə bu haqda italyan klubunun rəsmi saytı məlumat
yayıb.
Belə ki, müdafiəçi Matias Silvestr bundan sonra karyerasını "Sampdoriya” klubunda davam etdirəcək. 29 yaşlı futbolçu bir il müddətində bu klubda icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, Argentinalı müdafiəçi ötən mövsüm "Milan” klubunda icarədə olub.