1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Hacı Hacıyev: "Neftçi"ni süni şəkildə dəstəkləyirdilər"
"1960-cı ildə SSRİ çempionatında sovet respublikaları klublarını idman prinsipləri ilə irəli aparmırdılar. "Ararat", "Paxtakor", "Neftçi" və "Kayrat"ı daha çox süni şəkildə dəstəkləyirdilər".
Sportnet.az-ın məlumatına görə, bunu hazırda "Amkar"ın baş məşqçi vəzifəsində çalışan "Neftçi"nin sabiq məşqçisi Hacı Hacıyev Rusiyada 2018-ci il dünya çempionatı üçün stadionların Premyer Liqa komandalarının çıxış etmədiyi şəhərlərdə tikilməsinə münasibət bildirərkən deyib. Dağıstanlı mütəxəssis bildirib ki, həmin klublar sonradan nəzərəçarpacaq gücə çevriliblər və yaxşı nəticələr göstərərək, SSRİ yığmasına istedadlı futbolçular veriblər: "Bununla da ittifaq millisi beynəlxalq arenada yüksək nailiyyətlərə imza atdı. Beləliklə, görülən tədbir effekt verdi".
Qeyd edək ki, SSRİ yığması 1960-cı ildə Avropa çempionu, 1964, 1972 və 1988-ci illərdə qitə 2-cisi, 1966-cı il dünya çempionatında isə 4-cü yerin sahibi olub. "Neftçi" isə SSRİ çempionatında yeganə uğurunu 1966-cı ildə bürünc medal qazanmaqla əldə edib. Hacı Hacıyev "Neftçi"də 1983 - 1985-ci illərdə çalışıb.