
"Qəbələ"nin sabif futbolçusu Toni Adams uzun illər formasını geyindiyi İngiltərənin "Arsenal" klubunun transfer siyasətini tənqid edib. Sportnet.az-ın məlumatına görə, bu barədə Adams "Evening Standard"a açıqlama verib.
51 yaşlı mütəxəssis bildirib ki, "topçular" 2013-cü ildə İspaniya "Real Madrid"indən Məsut Özili almamalı idilər. Onun fikrincə, Almaniya yığmasının türk əsilli yarımmüdafiəçisinin transferi eyni gücə malik Cek Uilşir üçün təhqir olub: "Uilşirin yerində olsaydım, "Arsenal"ın baş məşqçisi Arsen Vengerə zəng edərək deyərdim: "Mənimlə eyni səviyyədə oyun sərgiləyən futbolçuya hansı əsasla 45 milyon avro xərcləyirsən?"
Qeyd edək ki, Toni Adams 2010-cu il mayın 11-dən 2011-ci ilin noyabrınadək "Qəbələ"də baş məşqçi, sonralar isə klub prezidentinin müşaviri və futbol direktoru vəzifələrində çalışıb. Onun son iş yeri İspaniya "Qranada"sı olub. Futbolçu kimi isə Adams bütün karyerası boyunca - 1982 - 2002-ci illərdə "Arsenal" formasını geyinib.