1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Bu dəfə "Qəbələ" darmadağın oldu
Dağıstan Respublikasının Kaspiysk şəhərində 14 yaşadək futbolçular arasında keçirilən "Caspian Cup"da ikinci tura yekun vurulub. Sportnet.az-ın məlumatına görə, Azərbaycanı hər iki təmsilçisi yenə məğlub olub.
A qrupunda yer alan "Qəbələ" "Ramzan"a böyük hesabla uduzub - 0:5. İlk turda "Rostov"a 0:1 hesabı ilə uduzan "qırmızı-qaralar" yarımfinala yüksələ bilməyiblər və qrup sonuncusu olublar. Bu komanda son turda artıq 6 xalla növbəti mərhələyə vəsiqəni təmin etmiş "Krasnodar"la üz-üzə gələcək.
B qrupundakı "Neftçi" isə "Yunost"a minimal fərqlə yenilib - 2:3. Yarımfinala vəsiqə şansını itirən "Neftçi" son turda "Anji"ni məğlub edə bilməsə, qrup sonuncusu olacaq və 5 - 8-ci yer uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, üçüncü turun görüşləri bu gün, yarımfinal və 5 - 8-ci yerlər uğrunda oyunlar iyunun 10-da keçiriləcək.