
"Qəbələ" klubu daha bir futbolçusu ilə yollarını ayırıb.
Bu barədə Sportnet.az-a klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib. Onun sözlərinə görə, braziliyalı Rikardinyonun başa çatan anlaşması uzadılmayıb. 33 yaşlı müdafiəçi "Qəbələ"dən ayrılan 11-ci futbolçu olub.
Əvəzində "Qəbələ" rəsmisi Rasim Ramaldanovla 1 illik yeni anlaşma əıldə etdiklərini əlavə edib.
Qeyd edək ki, Rikardinyo "Qəbələ"yə 2015-ci ilin fevralında, Ramaldanov isə bu ilin yanvarında azad agent kimi keçib.